Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Ermənistan parlamentində əlbəyaxa dava - VIDEO
Ermənistan parlamentində əlbəyaxa dava - VIDEO

Ermənistan Milli Assambleyasında iqtidar və müxalifət fraksiyasının deputatları arasında əlbəyaxa dava olub.
reportyor.tv xəbər verir ki, “Hayastan” fraksiyasının üzvü, Sisianın eks-meri Artur Sarkisyanın çıxışından sonra onunla “Mülki müqavilə”nin nümayəndəsi Ovik Ağazaryan arasında mübahisə baş verib və bu, əlbəyaxa davaya çevrilib.
Hakim fraksiyasının digər nümayəndələri də onlara qoşulub.
İnsidentin qarşısını almaq üçün spiker Alen Simonyan təhlükəsizlik xidmətinə müxalif deputatı zaldan çıxarmağı əmr edib. Müxalifətçi çıxarılıb, lakin Sarkisyan mühafizəçilərin hərəkətlərini qanunsuz adlandıraraq, “buna görə cavab verəcəklərini” vəd edib.


Şərhlər