Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Bu gün İlkin Süleymanov son sözünü deyəcək - Foto
Bu gün İlkin Süleymanov son sözünü deyəcək - Foto

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirli bilinən İlkin Süleymanovun məhkəmə prosesi keçiriləcək. Hakim Dadaş İmanovun sədirliyi ilə keçiriləcək proses bir saat sonra başlayacaq.
reportyor.tv xəbər verir ki, qətldə təqsirli bilinən İlkin Süleymanov son sözünü deyəcək.Bundan əlavə məhkəmədə hökm oxunması gözlərnilir.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.


Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti