Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » MDB ölkələrinin Bakıda keçirilən iclasında 19 sənəd imzalandı
MDB ölkələrinin Bakıda keçirilən iclasında 19 sənəd imzalandı

Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasının yekunları üzrə 19 sənəd imzalanıb.
reportyor.tv xəbər verir ki, bu barədə Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini - Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov jurnalistlərə açıqlamasında bildirib.
“Bugünkü iclasın yekunlarına əsasən, MDB Sərhəd Xidmətləri Şurasının gələcək fəaliyyətini və işini tənzimləyən 19 sənəd imzalanıb”, - o deyib.
A.Manilov qeyd edib ki, əsas sənəd Birlik ölkələrinin xarici sərhədlərindəki vəziyyəti əks etdirir.

Şərhlər