Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Türkiyədəki partlayışın səbəbləri açıqlandı
Türkiyədəki partlayışın səbəbləri açıqlandı

İlkin qiymətləndirməyə görə, səhər 8.45 radələrində Almadağ fabrikimizin dinamit hazırlama hissəsində kimyəvi reaksiya nəticəsində partlayış baş verib.
reportyor.tv Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ankara valisi Vasif Şahin bu gün Ankarada hərbi müəssisədə baş verən partlayış haqda danışarkən deyib.
“Təəssüf ki, orada çalışan 5 işçimiz dünyasını dəyişdi. Allahdan onlara rəhmət diləyirəm. Hazırda hüquq-mühafizə orqanları vəziyyəti araşdırır. Daha dəqiq və geniş məlumat gələndən sonra ətraflı açıqlama verəcəyik. Dağıntılar altında olan hər kəs çıxarılıb”, - Şahin bildirib.
Qeyd edək ki, Ankarada yerləşən maşınqayırma və kimya sənayesi müəssisəsinin raket və partlayıcı istehsal edən zavodunda səhər saatlarında partlayış baş verib. Hadisə nəticəsində 5 işçi həlak olub.

Şərhlər