Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Mehdiabad sakini aliment borcuna görə ÖLDÜRÜLDÜ
Mehdiabad sakini aliment borcuna görə ÖLDÜRÜLDÜ

İyunun 10-də saat 21 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində qəsəbə sakini 1988-ci il təvəllüdlü Sultan İsrafil oğlu Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən reportyor.tv-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, S.Əliyevin keçmiş qayını 1991-ci il təvəllüdlü Hüseyn Məmməd oğlu Qasımov polisin keçirdiyi tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə tərəflər arasında münaqişə aliment borc öhdəliyi ilə əlaqəli olub.
Araşdırma aparılır.

Şərhlər