Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi
Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi meşə yanğını nəticəsində insanların ölümü ilə bağlı Qazaxıstana başsağlığı verib.
reportyor.tv xəbər verir ki, bu barədə XİN-in "Twitter" səhifəsindəki paylaşımda deyilir.
"Qardaş Qazaxıstanın Abay rayonunda baş vermiş dəhşətli meşə yanğını xəbəri bizi dərindən kədərləndirdi.
Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanlara şəfa diləyirik.
Biz qardaş Qazaxıstan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - deyə paylaşımda bildirilir.

Şərhlər