Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Qazaxıstanın Baş naziri Azərbaycana gəlir
Qazaxıstanın Baş naziri Azərbaycana gəlir

Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailov iyunun 21-də Azərbaycana səfər edəcək.
reportyor.tv xəbər verir ki, səfər zamanı tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsi çərçivəsində gələcək əməkdaşlığı müzakirə etməyi planlaşdırırlar.
Bundan əvvəl Qazaxıstan Respublikasının ticarət və inteqrasiya naziri Serik Jumanqarin Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Astanada keçirdiyi görüşdə demişdi ki, Baş nazir Smailovun səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə ticarət-iqtisadi əlaqələr üzrə əməkdaşlıq haqqında müvafiq nazirliklər səviyyəsində sazişin imzalanması mümkündür.

Şərhlər