Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Hərbi qulluqçumuz niyə yaralanıb? - RƏSMİ AÇIQLAMA
Hərbi qulluqçumuz niyə yaralanıb? - RƏSMİ AÇIQLAMA

İyunun 15-i saat 08 radələrində Ermənistan Respublikası hərbi qulluqçularının Ermənistan Respublikası ərazisində yerləşən mövqelərindən Azərbaycan Respublikası Laçın rayonunun ərazisində yerləşən Laçın Sərhəd Nəzarət Məntəqəsində xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qarşı müxtəlif çaplı odlu silahlardan açdıqları atəşlər nəticəsində DSX-nin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.
Bu barədə Reportyor.tv Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və digər zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir.

Baş vermiş hadisənin təfərrüatları barədə hadisə yerinin müayinəsi və digər istintaq hərəkətləri keçirildikdən sonra ətraflı məlumat veriləcəkdir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti