Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Təhlükə İran sərhədini keçib gəlir - Azərbaycan təcili qərargah qurdu
Təhlükə İran sərhədini keçib gəlir - Azərbaycan təcili qərargah qurdu

Təhlükə İran sərhədini keçdi - Azərbaycan təcili qərargah qurdu

Reportyor.tv  xəbər verir ki, Bolqarçay su anbarının yaxınlığlnda qərargah qurulub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin 22 nəfərdən ibarət xilasediciləri və 5 nəfərlik sularda xilasetmə dalğıcları Bolqarçay su anbarının (Platina) üstündə qərargah qurublar.
Biləsuvar Rayon İcra Hakimiyyəti və rayonun hüquq - mühafizə orqanlarının rəhbərləri də qurulan qərargahdadır.
Qərargah əsasən müşahidə xarakteri daşıyır.
Artıq İran İslam Respublikası ərazisindən Bolqarçaya 5 kubdan çox suyun Azərbaycan ərazisinə keçdiyi müşahidə olunur.
Müşahidələrə uyğun olaraq yaxın saatlarda görüləcək işlərlə bağlı qərar veriləcək.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti