Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Şəmkirdə qohumlar arasında münaqişə: bıçaqlanan var
Şəmkirdə qohumlar arasında münaqişə: bıçaqlanan var

Şəmkir rayonunun Əliyaqublu kəndində qonşular arasında münaqişə olub, onlardan biri bıçaq xəsarəti alıb.
reportyor.tv xəbər verir ki, bıçaq xəsarəti alan 1965-ci il təvəllüdlü Ş.Rəfiyev yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Zərərçəkmişin yaxınlarının bildirdiyinə görə, ona dava zəminində qonşusu xəsarət yetirib.
Qeyd edək ki, tərəflər həm də qohumdurlar və hadisədən sonra xəstəxanaya gedən qohumlar arasında da xəstəxana önündə mübahisə yaşanıb.
Hadisənin başvermə səbəbi isə hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti