
Amerikanın iki "B-1B" strateji bombardmançı təyyarəsi İsveçdəki Lulea-Kallaks aviabazasına eniş edib.
reportyor.tv xəbər verir ki, bu barədə ABŞ-nin Avropadakı Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.
Qeyd edilib ki, eniş Amerika bombardmançılarının Avropa üzərində uçuşları çərçivəsində həyata keçirilib. Bu, ABŞ Silahlı Qüvvələrinin müttəfiqlər və tərəfdaş ölkələrlə problemsiz inteqrasiya etmək qabiliyyətini əks etdirir, həmçinin Stokholm və Vaşinqton arasında əməkdaşlığı nümayiş etdirir.
İsveç 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün rəsmi ərizə verib, lakin Türkiyə ilə fikir ayrılıqları səbəbindən proses dayanıb. NATO-nun baş katibi Yens Stoltenberq iyulda Vilnüsdə keçiriləcək sammit zamanı İsveçin NATO-ya üzv olacağına dair heç bir zəmanət olmadığını etiraf edib.
Bununla belə, İsveçin baş naziri və müdafiə naziri Pal Jonsson bildirib ki, dövlət orqanları NATO qüvvələrinin ölkənin alyansa qoşulmasından əvvəl də krallığın ərazisində yerləşdirilməsi imkanını nəzərdən keçirir - bu, hərbi bloka inteqrasiyaya hazırlıq elementinə çevriləcək.
Şərhlər