Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Rusiya Ukraynaya görə "Telegram"ı cərimələdi - ŞOK MƏBLƏĞ
Rusiya Ukraynaya görə "Telegram"ı cərimələdi - ŞOK MƏBLƏĞ

Rusiyada məhkəmə bu ölkənin silahlı qüvvələrinin Ukraynanın döyüş bölgəsindəki hərəkətləri ilə bağlı "saxta məlumat" yayan 32 kanalı silmədiyinə görə "Telegram" messencerini 4 milyon rubl (47 500 dollar) cərimələyib.
reportyor.tv xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb .
"Telegram Messenger Inc." şirkəti Rusiya Federasiyasının İnzibati Məsuliyyət Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq inzibati xəta törətməkdə təqsirli bilinir və 4 milyon rubl məbləğində inzibati cərimə ilə üzləşir", - məlumatda deyilir.
Qeyd edək ki, Rusiya Prokurorluğunun tələbi ilə Roskomnadzor "Telegram"a "Ozodlik Radio", "Dojd", "Meduza", "Kavkaz Realii", "Sibir Realii" kimi 32 kanalın silinməsi barədə sorğu göndərib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti