
Antalyanın Aksu rayonunda meşə yanır.
reportyor.tv xəbər verir ki, Tikintidə konteynerdə başlayan yanğın küləyin təsiri ilə qısa müddətdə meşəyə yayılıb.
Antalya Meşə Təsərrüfatı Regional İdarəsinin qrupları tərəfindən yanğının havadan və qurudan söndürülməsinə çalışılır.
Əraziyə 3 yanğınsöndürən helikopter də göndərilib.
Yanğının söndürülməsi işlərinə vətəndaşlar da dəstək verir
Şərhlər