Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » ŞOK XƏBƏR: SOCAR çox tanınmış məşqçilərlə danışıqlar aparır, "Neftçi" çox fərqli olacaq!
ŞOK XƏBƏR: SOCAR çox tanınmış məşqçilərlə danışıqlar aparır, "Neftçi" çox fərqli olacaq!

Bugünlərdə Azərbaycan futbol ictimaiyyətində "Neftçi"nin baş məşqçi postuna əsas namizədlərin Viktor Qonçarenko və Yuri Vernidub olmasına dair yeni xəbərlər yayılıb.

Tanınmış telejurnalistin saytımıza bildirdiyinə görə, Sergen Yalçından sonra bu mütəxəssislərin adları siyahıda yoxdur:
"Nə Qonçarenko, nə də ki, Vernidubun adı siyahıda var. Çox önəmli isimlərlə danışıqlar aparılır.
SOCAR-da namizəd mütəxəssislərin dosyelərinin bütün detalları araşdırılır. Onların oyun sistemindən xarakterlərinə kimi çox ciddi analizlər aparılır.
Əminliklə deyə bilərəm ki, yeni "Neftçi" çox fərqli olacaq. Yəni, bu qədər gözləməyə dəyər.
Tezliklə "OK" verildiyi təqdirdə, həmin məşqçini Sportinfo.az vasitəsilə ilk olaraq sizə çatdırmağa çalışacağıq.
 Bu arada Sergen Yalçınla bağlı çox vacib detalları oxuculara olduğu kimi təqdim edəcəyik.
Nələr var, nələr... Dəhşət!".

Şərhlər