Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Bu kokain deyil, aspirindir - Tramp Amerika mediasını ələ saldı
Bu kokain deyil, aspirindir - Tramp Amerika mediasını ələ saldı

Ağ Evdə tapılan kokain yalnız ABŞ prezidenti Co Baydenə və ya onun oğlu Hunterə aid ola bilərdi.
reportyor.tv xəbər verir ki, bu fərziyyə şəxsi sosial hesabında Amerikanın keçmiş prezidenti Donald Tramp tərəfindən irəli sürülüb.
ABŞ-ın sabiq liderinin sözlərinə görə, onun “saxta xəbər mediası” adlandırdığı Amerika mediası tezliklə yazacaq ki, bu toz, ümumiyyətlə, dərman deyil, aspirindir.
Xatırladaq ki, iyulun 4-də Ağ Evdə şübhəli maddənin tapıldığı bildirilmişdi. İlkin analizlər tozun kokain ola biləcəyini təsdiqləyib və əlavə sınaqlar aparılır.

Şərhlər