2023-cü ilin yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 32,6 milyard manat olmaqla 2022-ci ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 5,3% artıb.
Reportyor.v Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə bir istehlakçı orta hesabla ayda 535,5 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 83 manat çox vəsait xərcləyib.
Qeyd edək ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin birinci yarısı ilə müqayisədə 5,1% artaraq 31,4 milyard manata bərabər olmuş, onun 46,6%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Oxşar xəbərlər
- 12-05-2020, 16:40
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət...
- 11-04-2023, 12:24
Elektroenergetika haqqında” yeni qanun qəbul...
- 25-10-2022, 08:26
Azərbaycanda inflyasiya nə zaman azalacaq:...
- 15-01-2022, 15:20
Daşkəsəndə təhsil sistemi İFLİC DURUMDA -...
- 12-05-2020, 23:39
Prezident İlham Əliyev və Mehriban Əliyeva...
Şərhlər