Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Qeyri-qanuni erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb
Qeyri-qanuni erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb

İyulun 15-i saat 10:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd olunub.

Şərhlər