Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Rəsmi Bakı ilə Qarabağ erməniləri görüşür – Azərbaycanda
Rəsmi Bakı ilə Qarabağ erməniləri görüşür – Azərbaycanda

“Hazırda Yevlaxda rəsmi Bakının nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində sıx məskunlaşan erməni etnik azlıq nümayəndələri arasında görüşün təşkili üzərində iş gedir”.
Bu barədə məlumat yayan “Caliber” görüşün üçüncü ölkədə olmayacağını yazır. 
Bildirilir ki, xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan mərkəzi hakimiyyət nümayəndələri ilə erməni etnik azlığı arasında baş tutacaq dialoq Bakının məlum təklifinin məntiqinə uyğundur. 
“Təəssüf ki, erməni mətbuatına sızan bəzi məlumatlara görə, indi Qarabağ ermənilərinin bəzi nümayəndələri bu görüşü sabotaj etməyə çalışırlar. Bu, son dərəcə dağıdıcı mövqedir, çünki regiondakı problemlər yalnız Qarabağ erməniləri ilə onların Bakıdakı mərkəzi hökuməti arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər”, - məlumatda deyilir.

Şərhlər