
Ağdamdan keçən yol nəhayət açılacaq.
Bunu “Kommersant” qəzetinə Rusiyanın dövlət qurumlarında regiondakı vəziyyətlə tanış olan həmsöhbəti deyib.
Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilkin olaraq həm Azərbaycan tərəfi, həm də Qarabağ sakinləri tərəfindən razılaşdırılan variantı təklif edib.
“Mahiyyət bundan ibarət idi ki, Ağdamdan keçən yol açılır və BQXK vasitəsilə lazım olan hər şeyin oradan çatdırılmasına başlanılır. Və bu yerdə hərəkət başlayandan düz bir gün sonra Moskvanın təklifinə əsasən Laçın dəhlizində də nəqliyyatın hərəkəti bərpa edilir. Bu seçim yüksək səviyyədə hazır idi”, - “Kommersant” mənbəsi deyib.
Moskvada vəziyyət çox mürəkkəb kimi qiymətləndirilir və onlar hesab edirlər ki, Bakı güzəştə getmək niyyətində deyil.
“Biz qərblilərin, beynəlxalq təşkilatların etdiyimiz vəziyyəti birtəhər sakitləşdirmək cəhdləri heç bir nəticə vermir. Bakı mövqeyindən geri çəkilmir”.
O eyni zamanda qeyd edib ki, qondarma rejim də öz çapında guya müqavimət çırpıntısı edir.
Şərhlər