
Ukrayna prezidenti Vladimir Zelenski həyat yoldaşı ilə birlikdə Hollandiyaya gedib.
reportyor.tv xəbər verir ki, bu barədə prezident "Telegram"da məlumat yayıb.
“Qarşıda həmişə olduğu kimi, cənab Baş nazir Mark Rutte ilə substantiv danışıqlar gözlənilir”, - o yazıb və qeyd edib ki, əsas müzakirə mövzusu Kiyevə F-16 qırıcılarının tədarüküdür.
Ukrayna lideri bildirib ki, tərəflər həmçinin Qlobal Sülh Sammitini və Zelenskinin sülh düsturunu müzakirə etməyi planlaşdırırlar.
Şərhlər