Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Çin təkzib edir: "Rusiyanın müdafiə sənayesini təchiz etmirik"
Çin təkzib edir: "Rusiyanın müdafiə sənayesini təchiz etmirik"

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Rusiya müdafiə sənayesinə təchizatla bağlı iddiaları təkzib edib.
reportyor.tv TASS-a istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Çinin silah ixracı ilə bağlı məsələlərdə ehtiyatlı və məsuliyyətli mövqe tutduğunu qeyd edərək, ölkənin Ukraynada “eskalasiyanı azaltmaq üçün konstruktiv rol” oynadığını xatırladıb.
Bəyanat ukraynalı jurnalistin bir sıra Qərb nəşrlərində Rusiyanın helikopter və pilotsuz təyyarələrin istehsalı üçün komponentlərin tədarükü barədə məlumatların görünməsi ilə bağlı sualına cavab olub. Çin diplomatı Rusiya ilə ticarət əlaqələrinin mahiyyəti ilə bağlı “müəyyən media orqanlarının saxtalaşdırma və şər-böhtanla məşğul olmasını” tənqid edib.

Şərhlər