Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bankın vəzifəli şəxslərinin işi yenidən apellyasiya məhkəməsinə qaytarılıb
Bankın vəzifəli şəxslərinin işi yenidən apellyasiya məhkəməsinə qaytarılıb

"Nikoil” İKB Açıq Səhmdar Cəmiyyətinin (indiki Yelo Bank) Sumqayıt filialının vəzifəli şəxsləri Zaur Ramazanov və digərlərinin kassasiya şikayətinə baxılıb.
Reportyor.tv xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətinin mümkünlüyünü araşdırmaq üçün iş apellyasiya məhkəməsinə qaytarılıb.
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məlumatına görə filialın müdiri Ruslan Talıbovun filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.
Onlar heç bir biznes fəaliyyətlərinin olmadığını, veriləcək krediti biznes fəaliyyətinə sərf etməyəcəklərini və bununla əlaqədar kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsində problemlərin yaranacağını bildikləri halda, banka müraciət etmiş ayrı-ayrı şəxslərə 868 min manat məbləğində qanunsuz pul krediti veriblər.
Bu kreditlər qarşılığında onlardan 122 min manat pulu və digər əmlakı rüşvət kimi alıblar.
İttihama görə, onlar vəzifə saxtakarlığı edərək bankın işçilərinə məzmununda yalan məlumatlar olan biznes kreditinin rəsmiləşdirilməsinə nail olaraq bankın onlara etibar edilmiş 192 min manat məbləğində vəsaitini mənimsəmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlayıb.
Həmçinin istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin dələduzluq edərək vətəndaşların kredit ilə aldıqları 451 min məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq ələ keçirdiklərinə dair şübhələr müəyyən olunub.
Törətdikləri əmələ görə, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Məhkəmənin hökm ilə Ruslan Talıbov 10 il, Vüsal Quliyev və Elşən xıdırov 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilən və barələrində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş şəxslər də həbs edilib.
Ev dustaqlığına olan məhkəmə zalından həbs edilən 1962-ci il təvəllüdlü İsmayılov Nazim Şura oğlu 9 il, 1989-cu il təvəllüdlü Məmmədov Elçin Elşən oğlu 5 il, 1979-cu il təvəllüdlü Ramazanov Zaur Rəcəb oğlu 5 il, 1986-cı il təvəllüdlü Əliyev Rauf Akif oğlu isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ev dustaqlığına olan digər şəxslərə isə şərti cəza verilib.

Şərhlər