Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Polis əməliyyat keçirib, saxlanılanlar var
Polis əməliyyat keçirib, saxlanılanlar var

Paytaxtda polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirləri davam etdirir.
DİN-dən Reportyor.tv  verilən xəbərə görə, paytaxt ərazisində hüquq qaydasının qorunması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər keçirilib.
Oktyabrın 18-də keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 104 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 84, o cümlədən narkorkuryerlik etdiyinə görə axtarışda olan 16 nəfərin saxlanılması təmin edilib.
Narkotik vasitələrin qrup halında qəbul edildiyi 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 6 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati tədbirlər görülüb. Paytaxtda hüququpozmalara qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti