Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Şahbuzda su anbarında 59 yaşlı kişinin meyiti tapılıb - VİDEO
Şahbuzda su anbarında 59 yaşlı kişinin meyiti tapılıb - VİDEO

Şahbuz rayonu ərazisində yerləşən su anbarında meyit aşkarlanıb.
Bu barədə Reportyor.tv yerli bürosuna Naxçıvan FHN-dən bildirilib
Nazirliyin "112" qaynar telefon xəttinə Şahbuz rayonu ərazisində yerləşən Heydər Əliyev su anbarında meyit aşkarlanması, nəqliyyat yolu olmadığı üçün köməyə ehtiyac olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Meyit xidmətin sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri tərəfindən qayıq vasitəsilə su anbarının nəqliyyat vasitəsinin yaxınlaşa biləcəyi sahilinə keçirilib və aidiyyatı üzrə təhvil verilib

Şərhlər