Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Azərbaycanda məktəbliqızılcadan öldü
Azərbaycanda məktəbliqızılcadan öldü

Azərbaycanda məktəbli qızılcadan ölüb.
Ölkə.Az-ın əldə etdiyi məlumata görə, hadisə Yusif Əliyev adına 195 saylı orta məktəbdə baş verib.
Belə ki, məktəbin 4-cü sinif şagirdi olan oğlanın (adı açıqlanmır) qızılcadan dünyasını dəyişdiyi bildirilir.
Məktəbdən o da bildirilib ki, son 5 gündə 200-dən çox yoluxma olsa da, 3 növbəli məktəbdə bir nəfər də olsa, həkimi yoxdur.
Məktəbin laborantı Ölkə.Az-a açıqlamasında yoluxma halları ilə bağlı müvafiq qurumlara məlumat verildiyini söyləyib.
Qeyd edək ki, təhsil müəssisəsinin iki ildir məktəb üçün tibb bacısı tələb etmələrinə baxmayaraq müvafiq addım atılmadığı bildirilir.

Şərhlər