Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bakıda avtobus yandı - VİDEO
Bakıda avtobus yandı - VİDEO

Bakıda avtobus yanıb.
reportyor.tv oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, “BakuBus” MMC-yə məxsus avtobus şəhərin mərkəzi küçələrinin birində tüstüləməyə başlayıb.
Qurumdan bildirilib ki, hadisə bu gün baş verib:
“Bu gün saat 11:31-də Hüseyn Cavid prospektində 17 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda anidən tüstülənmə baş verib.
Avtobusda mövcud avtomatik qoruma sistemi işə düşüb. Sərnişinlər avtobusdan operativ olaraq düşürülüb. Nəqliyyat vasitəsi qarajdan ehtiyat avtobusla əvəz edilib, marşrutun hərəkət qrafiki bərpa edilib. Sərnişinlər arasında xəsarət alan yoxdur.
Hazırda hadisə ilə bağlı daxili araşdırma aparılır”.
Həmin görüntüləri təqdim edirik:

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti