Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Ağdaşda piyadanı maşın vurub öldürüb
Ağdaşda piyadanı maşın vurub öldürüb

Ağdaşda piyadanı maşın vurub.
 Reportyor.tv xəbər verir ki, hadisə rayonun Yuxarı Ləki qəsəbəsi ərazisində baş verib.
Minik avtomobili yolu keçmək istəyən piyada 1989-cu il təvəllüdlü rayon sakini Xəlilov Fərid Elburus oğlunu vurub.
Müxtəlif bədən xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib. Ağır yaralanan şəxs bu gün xəstəxanada dünyasını dəyişib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.

Şərhlər