Martın 22-də Maştağa qəsəbəsində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinə (PŞ) məlumat daxil olub.
DİN-dən Reportyor.tv-yə verilən xəbərə görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Orxan Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunmuşlar Rafiq Cəfərov və Elmar Xıdırov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PŞ-də araşdırmalar aparılır.
O.Rüstəmov, R.Cəfərov və E.Xıdırovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Oxşar xəbərlər
- 22-08-2020, 13:40
Rafiq Aslanov Əhmədzadənin etimadını belə...
- 7-06-2022, 23:39
Baş Prokurorluğun keçmiş müstəntiqi dövlət içində...
- 6-05-2020, 16:12
Quraşdırılması nəzərdə tutulan modul tipli...
- 3-04-2023, 21:20
“MTN çetesi”nin məhkəməsində qalmaqal – məhkum...
- 22-07-2023, 11:01
Şuşada Qlobal Media Forumunun açılış mərasimi...
Şərhlər