Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib
Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insana məxsus sümük fraqmentləri aşkar edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 8-də kənddə həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Xocalı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, aprel ayında Malıbəyli kəndi ərazisində həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində səkkiz nəfərə (biri azyaşlı olmaqla) aid sümük fraqmentləri tapılıb.

Şərhlər