Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Azərbaycanda vəzifəli şəxsin 6 min manatlıq qızılı oğurlandı
Azərbaycanda vəzifəli şəxsin 6 min manatlıq qızılı oğurlandı

Azərbaycan Texnologiya Universitetinin prorektor köməkçisi vəzifəsində çalışan Nübar Hacıyevanın qızıl-zinət əşyaları oğurlanıb.

 Göygöl rayonunun Qırıxlı kəndində yaşayan N. Hacıyevanın evindən 6 min manat dəyərində qızıl-zinət əşyaları müəmmalı şəkildə yoxa çıxıb. Hadisə barədə polisə müraciət edilib və faktla bağlı cinayət işi açılıb.

Araşdırmalarla oğurluq əməlinin evdə ayda bir dəfə təmizlik işləri görən 1966-cı il təvəllüdlü Sevda Məmmədova tərəfindən törədilməsi müəyyən edilib.

O, oğurladığı əşyaların 2 min manatlıq hissəsini geri qaytarıb.   / Publika.az

Şərhlər