Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bakıda ağır qəza: "Pikap"ın aşması tıxaca səbəb oldu - VİDEO
Bakıda ağır qəza: "Pikap"ın aşması tıxaca səbəb oldu - VİDEO

Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsi, "Dədə Qorqud" parkı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, qəza səbəbindən həm Abbasqulu ağa Bakıxanov küçəsində, həm də Azadlıq prospektində sıxlıq müşahidə edilir.

Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

****

Bu gün səhər saatlarında Bakıda, Azadlıq prospekti və Bakıxanov küçəsinin kəsişməsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə zamanı sürücü idarəetməni itirərək “Mitsubishi" markalı avtomobili aşırıb.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.  


Şərhlər