Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » DSX-nin həlak olan əsgəri Əli Nağıyevin nəşi ailəsinə təhvil verildi
DSX-nin həlak olan əsgəri Əli Nağıyevin nəşi ailəsinə təhvil verildi


Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Əli Elşən oğlu Nağıyevin nəşi Gəncəyə gətirilib.
2005-ci il təvəllüdlü Nağıyev Əli Elşən oğlunun nəşi ailəsinə təhvil verilib. Bir neçə saatdan sonra yaxınlarının yaşadığı evin önündə vida mərasimi başlayacaq.

Xatırladaq ki, hadisə dünən baş verib. DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər