Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Azərbaycanda yaşayış binasında yanğın: ölən var
Azərbaycanda yaşayış binasında yanğın: ölən var

Lənkəranda yaşayış binasında yanğın olub, 90 yaşlı qadın yanaraq ölüb.

Reportyor.tv report.az-a istinadən xəbər verir ki, hadisə Girdəni kəndində baş verib.

Belə ki, ikimərtəbəli, 16 mənzilli binada yanğınla bağlı Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub. Şəxsi heyət və FHN -nin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Yanğının söndürülməsi zamanı mənzillərin birində 1934-cü il təvəllüdlü Əcəbnaz Əsgərəli qızı Əsgərovanın meyiti aşkar edilib. Bina sakinlərindən başqa xəsarət alan olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları baxış keçirib. Meyit müayinə üçün morqa təhvil verilib.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır. 

Şərhlər