Şabranda ağır qəzaya düşən gömrük əməkdaşları ilə bağlı YENİ DETALLAR
Tarix: 1-07-2024, 15:08
Baxılıb: 155
Google+ Paylaş
Tumblr Paylaş

Şabranda ağır qəzaya düşən gömrük əməkdaşları ilə bağlı YENİ DETALLAR

1-07-2024, 15:08


Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "Shacman" markalı yük maşını ilə "Mercedes-Benz" markalı minik avtomobili toqquşub. Qəza zamanı bir nəfər ölüb, üç nəfər isə yaralanıb.


Reportyor.tv  bizim media-ya istinadla xəbər verir ki, qəzaya düşən şəxslər Dövlət Gömrük Komitəsinin Samur postunun texniki işçiləri olublar.


Qəzada həyatını itirən 30 yaşlı Samur gömrük postunda mühafizəçisi Vahid Əmirli Naxçıvan Muxtar Respublikasının Babək rayonundan olub.


Ağır qəzada yaralanan Pəri Vəliyeva və Seyidağa Səmədov isə Bakı sakinləridir. Onların hər ikisi də Samur postunun texniki işçiləri olub.




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ