Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Azərbaycanda 16 dilənçi saxlanıldı
Azərbaycanda 16 dilənçi saxlanıldı

Gəncə şəhərində polis əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq sakinlərin narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, tədbir zamanı ümumilikdə 16 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Şərhlər