Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bakıdakı ağır qəzada yanan maşının FOTOSU
Bakıdakı ağır qəzada yanan maşının FOTOSU


Xəbər verdiyimiz kimi, Bakının Yeni Yasamal adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sürücü anidən idarəetməni itirərək avtobusu hərəkətdə olan və yol kənarında dayanan maşınlara çırpıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində iki avtomobil yanıb və 10-dan çox maşına ciddi ziyan dəyib.
Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat və fotolar yayıb.

Bildirilib ki, hadisə zamanı “Toyota Camry” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Həmçinin yol-nəqliyyat qəzası zamanı avtomobillərdən əraziyə dağılmış yanacaq yuyularaq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Şərhlər