Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bakıda daha bir avtobus qəzası, xəsarət alanlar var
Bakıda daha bir avtobus qəzası, xəsarət alanlar var

Bakıda daha bir marşrut avtobusu ağır qəzaya düşüb.

Reportyor.tv qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu Badamdar qəsəbəsi ərazisində baş verib.

"KamAZ" markalı yük maşını ilə 31 saylı marşrut xətti üzrə hərəkət edən avtobus toqquşub. Bu zaman yük maşını "Hyundai" markalı minik avtomobilini də vuraraq yararsız hala salıb.

Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Qeyd edək ki, son günlər Bakıda və ətraf ərazilərdə marşrut avtobuslarının iştirakı ilə baş verən qəzaların sayı kəskin artıb.

Şərhlər