Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Güclü meşə yanğınları Rusiyanı CƏNGİNƏ ALDI
Güclü meşə yanğınları Rusiyanı CƏNGİNƏ ALDI

Buryatiya ərazisində təxminən 550 hektar sahədə meşə yanğınları davam edir.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Buryatiya Respublikası Meşə Təsərrüfatı Agentliyindən bildirilib.
Belə ki, Kurumkan, Mui və Şimal-Baykal bölgələrində 12 meşə yanğını baş verib. Qeyd olunub ki, hazırda 196 nəfər yanğının söndürülməsi üçün çalışır.
Yakutiyada isə 586 min hektardan çox ərazi yanır. Gün ərzində 1,5 min hektardan çox sahədə iki yanğın söndürülüb, beş yanğın isə 31,1 min hektar sahədə lokallaşdırılıb. Alovun qarşısını almaq üçün 1833 nəfər və 207 texnika cəlb olunub.

Şərhlər