Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Azərbaycanda ilk dərs günü məktəbli bıçaqlandı
Azərbaycanda ilk dərs günü məktəbli bıçaqlandı

Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 11-ci sinif şagirdi R.Musayev şagird yoldaşı A.Həsənəliyevə bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A. Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub. Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R. Musayevin törətməsi məlum olub.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər