Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Balakən dağlarında əməliyyat: silahlılar saxlanıldı – VİDEO
Balakən dağlarında əməliyyat: silahlılar saxlanıldı – VİDEO

Balakəndə polis əməkdaşları sərhədçilərlə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yüksək dağlıq ərazilərdə keçirilən əməliyyatlar zamanı 3 narkotik plantasiyası aşkar edilib. Çətənə kollarını əkən 5 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan 290 ədəd çətənə kolu “Kalaşnikov” avtomatı, daraq, patronlar və ov tüfəngləri aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qulluq göstərdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Balakən dağlarında ƏMƏLİYYAT:  silahlılar saxlanıldı - VİDEO
Balakən dağlarında ƏMƏLİYYAT:  silahlılar saxlanıldı - VİDEO
Balakən dağlarında ƏMƏLİYYAT:  silahlılar saxlanıldı - VİDEO


Şərhlər