Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Azərbaycan DİN məlumat verdi, Türkiyədə 22 şəhər MÜHASİRƏYƏ ALINDI - Təhlükəli mütəşəkkil dəstə görün nələrlə SAXLANILDI
Azərbaycan DİN məlumat verdi, Türkiyədə 22 şəhər MÜHASİRƏYƏ ALINDI - Təhlükəli mütəşəkkil dəstə görün nələrlə SAXLANILDI

Azərbaycan polis orqanlarından da alınan məlumatlar əsasında Türkiyədə cinayətkar dəstənin rəhbər şəxslərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Paytaxt.org xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X"də yazıb.
O qeyd edib ki, bu gün səhər saatlarında ölkə daxilində və beynəlxalq səviyyədə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan və bu cinayətdən əldə etdikləri gəlirləri yumağa çalışan mütəşəkkil cinayət təşkilatlarının yüksək səviyyəli üzvlərinə qarşı genişmiqyaslı bir əməliyyat həyata keçirilib:
"Orkinos Bulut-2" adlı əməliyyat ölkə hüdudları daxilində İstanbul mərkəzli olmaqla Adana, Ağrı, Aksaray, Ankara, Artvin, Bingöl, Bursa, Diyarbakır, Erzurum, Hakkari, İstanbul, Kars, Manisa, Mardin, Mersin, Muğla, Sakarya, Şanlıurfa, Tekirdağ, Tokat və Van daxil olmaqla ümumilikdə 22 şəhərdə icra olunub. Əməliyyat öncəsi Niderland, İran, Estoniya, Sloveniya, Azərbaycan, Qırğızıstan, Yunanıstan, Panama, Böyük Britaniya, Belçika və Bolqarıstan polis qurumları ilə məlumat və sənəd mübadiləsi aparılıb".
Nazir bu əməliyyat çərçivəsində hədəflərində 5 ayrı beynəlxalq narkotik mütəşəkkil cinayət təşkilatı olduğunu vurğulayıb:
"Bu təşkilatların "Cinayət törətmək məqsədilə dəstə yaratmaq, narkotik vasitələrin alqı-satqısı, cinayətdən əldə edilən gəlirlərin leqallaşdırılması" kimi əməlləri törətdikləri müəyyən edilib. Bundan əlavə, şübhəlilərin ölkəmizdə və xaricdə ələ keçirilən 18 ton 129 kiloqram narkotik/psixotrop maddə və 1 milyon 290 min ədəd həb ilə bağlı olduqları müəyyənləşib. Əməliyyatımız nəticəsində ümumilikdə 138 mütəşəkkil cinayət təşkilatı üzvü saxlanılıb. Bu beynəlxalq mütəşəkkil cinayət şəbəkələrinin indiyədək müəyyən edilmiş 647 daşınmaz əmlak, 186 avtomobil, 1 holdinq, 113 şirkət, 1 quru yük gəmisi və şübhəlilərin bank hesabları daxil olmaqla təxminən 15 milyard lirə dəyərində əmlakına həbs qoyulub".

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti