Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Hafiz Məmmədov barəsində məhkəmə qərarı DƏYİŞDİRİLDİ
Hafiz Məmmədov barəsində məhkəmə qərarı DƏYİŞDİRİLDİ

İş adamı Hafiz Məmmədov barəsində seçilən ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib.
Publika.az xəbər verir ki, bu barədə onun vəkili Orxan Cəfərbəyli məlumat verib.
O bildirib ki, Dövlət Vergi Xidməti Hafiz Məmmədovun hazırki maddi vəziyyəti ilə bağlı loyal münasibət göstərərək məhkəmə tərəfindən seçilmiş qətimkan tədbiri müddətinin uzadılmasını istəməyib.
Hafiz Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunub.
Qeyd edək ki, H.Məmmədov böyük məbləğdə vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmaqda ittiham olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində sahibkarın barəsində cinayət işi başlanıb.
Cinayət işi çərçivəsində H.Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə iş adamının barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Şərhlər