Sərxoş sürücü ustaları vurdu: ölən var
Tarix: 23-01-2023, 09:52
Baxılıb: 57
Google+ Paylaş
Tumblr Paylaş

Sərxoş sürücü ustaları vurdu: ölən var

23-01-2023, 09:52

Saatlıda sərxoş sürücü ustaları vurub, ölən var.
Reportyor.tv xəbər verir ki, hadisə yanvarın 22-də Saatlı şəhəri, M.F.Axundov küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1980-ci il təvəllüdlü Seyran Fərhad oğlu Babayev nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş halda, təmir üçün ona verilmiş VAZ-2107 markalı avtomobillə təmir məntəqəsinin həyətindən binaya daxil edərkən digər ustalar, Saatlı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Mircəfər İlqar oğlu Xankişiyevi və 1969-cu il təvəllüdlü Möhübbət Qənimət oğlu Qənbərovu vurub. Nəticədə M.Qənbərov hadisə yerində ölüb, Mircəfər Xankişiyev isə xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müavafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ