Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bakıda dəhşət : 12 yaşlı qıza təcavüz edildi
Bakıda dəhşət : 12 yaşlı qıza təcavüz edildi

Bakıda on dörd yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlər edilib...
PİA.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Səbail rayonunda baş verib.
Məlumata görə, İ.Abdullayev rayon ərazisində 12 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.
Polisin keçirdiyi əməliyyat nəticəsində İ.Abdullayev həbs edilib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Səbail rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə baş tutan prosesdə İ.Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanını təqdimatına baxılıb.
Hakim təqdimatı təmin edib.
İ.Abdullayevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaq davam edir. (Demokrat.az)
reportyor.tv

Şərhlər