UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" – "Ayaks" (Niderland) oyununun biletləri bu gün saat 15:00-dan etibarən satışa çıxarılıb.
Lakin bilet almaq istəyən azarkeşlər ciddi problemlərlə üzləşiblər. Belə ki, satışın həyata keçirildiyi iTicket.az saytında və mobil tətbiqdə 10, 15, 25 manatlıq standart biletlər görünmədiyi halda, yalnız 400 və 1000 manatlıq VIP/VVIP biletlər alınması mümkün olur. Daha aşağı qiymətli sektorların isə ya görünmədiyi, ya da seçilmədiyi bildirilir.
Azarkeşlər vəziyyətdən narazılıq edərək satış sistemində texniki problem olduğunu, yaxud ucuz biletlərin süni şəkildə əlçatmaz göstərildiyini iddia edirlər.
Satışa təqdim olunan rəsmi qiymətlər aşağıdakı kimidir:
Standart sektorlar: 10, 15, 25, 35, 40, 50, 75 manat
VIP sektorlar: 200, 250, 300, 400 manat
VVIP sektorlar: 1000 manat
Xatırladaq ki, qarşılaşma 10 dekabr tarixində, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və oyun 21:45-də başlayacaq.//Yenisabah![]()







Şərhlər