Rəcəbov yenə erməni ilə üz-üzə - FOTO
Tarix: 1-01-2021, 23:45
Baxılıb: 532
Google+ Paylaş
Tumblr Paylaş

Rəcəbov yenə erməni ilə üz-üzə - FOTO

1-01-2021, 23:45

Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirində yarımfinal mərhələsi davam edir.
Publika.az xəbər verir ki, bu gün mərhələnin ikinci oyunları keçirilib.
Ötən gün ilk oyunda rusiyalı qrossmeyster Daniil Dubova 3:1 hesabı ilə qalib gələn təmsilçimiz Teymur Rəcəbov bugünkü qarşılaşmada da qələbəyə sevinib.
Dörd partiyadan ibarət olan matçın ilk iki partiyasında Rəcəbov qələbə qazandığından son iki oyuna ehtiyac qalmayıb.
Bununla da rəqibini 2:0 hesabı ilə məğlub edən qrossmeysterimiz finala adlayıb.
Həlledici mərhələdə onun rəqibi fransalı Maksim Vaşe Laqrevə hər iki matçda qalib gələn (3:1, 2:1) Ermənistan şahmatçısı Levon Aronyan olacaq.
Qeyd edək ki, turnir yanvarın 3-də yekunlaşacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ