Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » “Azərbaycanın bölgədə sülh səyləri təqdirəlayiqdir”
“Azərbaycanın bölgədə sülh səyləri təqdirəlayiqdir”

Azərbaycanın bölgədə sülh və quruculuq səyləri təqdirəlayiqdir.
Publika.az xəbər verir ki, bunu Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Əhməd Əbul Qeyt Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində görüşündə deyib.
Əhməd Əbul Qeyt, ötən il Qlobal Bakı Forumu çərçivəsində ölkəmizə səfərini və dövlət başçımızla keçirdiyi görüşü xatırlayaraq, bu kimi təmasların münasibətlərin inkişaf perspektivlərinin müzakirəsində əhəmiyyət kəsb etdiyini söyləyib. Azərbaycanın bölgədə sülh və quruculuq səylərinin təqdirəlayiq olduğu, bu xüsusda regionda dayanıqlı sülh quruculuğu sahəsində işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
reportyor.tv

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti