Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Azərbaycanda qeyri-neft-qaz sektoruna 13.4 mlrd. manat investisiya qoyulması proqnozlaşdırılır
Azərbaycanda qeyri-neft-qaz sektoruna 13.4 mlrd. manat investisiya qoyulması proqnozlaşdırılır

2023-cü ilin sonunda Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşu 13,4 milyard manat, 2027-ci ildə isə 16,9 milyard manat proqnozlaşdırılır.
Reportyor.tv xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Sənəddə qeyd edilir ki, 2023-cü ildə əsas kapitala olan investisiyalarda 7,7%, ortamüddətli dövrdə isə orta illik 1,6% artım olacağı proqnozlaşdırılır.Qeyd edək ki, 2022-ci ilin sonunda qeyri-neft-qaz sektoru üzrə investisiyalar 12871,9 milyon manat təşkil edib.


Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti