Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Avropada təbii qaz 12% ucuzlaşıb
Avropada təbii qaz 12% ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 430 ABŞ dollarınadək enib.
Reportyor.tv xəbər verir ki, 26 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 430,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (487,1 dollar) ilə müqayisədə 11,6% azdır.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti