Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » MN: Kəlbəcərdə mövqelərimiz atəşə tutulub, döyüş kvadrokopterləri ilə partlayıcı vasitələr atılıb
MN: Kəlbəcərdə mövqelərimiz atəşə tutulub, döyüş kvadrokopterləri ilə partlayıcı vasitələr atılıb

Oktyabrın 2-si saat 17:20-dən 18:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Reportyor.tv  Müdafiə Nazirliyindən bildirilib.
Bundan başqa, qeyd olunan istiqamətdə yerləşən mövqelərimizin üzərinə döyüş kvadrokopterləri vasitəsilə əldəqayırma partlayıcı vasitələr də atılıb.
Azərbaycan Ordusunun bölmələri itki verməyib, qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti